ABŞ generalı: Rusiya bütün silahlarından istifadə etsə..

Əgər Moskva öz silahlı qüvvələrinin imkanlarının bütün spektrindən istifadə etsə, Kiyev çox ağır vəziyyətə düşəcək.

Millətin Səsi.az  xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin generalı Filip Bridlav deyib.

Hərbçinin sözlərinə görə, Rusiya ordusunun qüdrəti lazımınca qiymətləndirilməsə, çox təhlükəli vəziyyət yaranacaq.

“Bu, qəbuledilməzdir və ağılsızlıqdır. Bunu hərbçi kimi deyirəm”, – deyə Bridlav bildirib.

General qeyd edib ki, Rusiya ilə münaqişə baş verərsə, Ukraynaya kömək lazım olacaq.

Bridlav Ukraynanın Moskva ilə Vaşinqtonun arasında “döyüş meydanı”nın olması fikri ilə də razılaşmayıb.

Share: