ABŞ qüvvələri Sakit Okeanın şərqində narkotik ticarəti etdiyi iddia edilən aşağı profilli gəmiyə zərbə endirib.
Millətin Səsi xəbər verir ki, bu barəd ABŞ Cənub Komandanlığı məlumat yayıb.
“Kəşfiyyat aşağı profilli gəminin Şərqi Sakit Okeandakı məlum narkotik ticarəti marşrutları ilə tranzit keçdiyini və narkotik alveri əməliyyatları ilə məşğul olduğunu təsdiqləyib”, – Komandanlıq X-də yazıb.
Zərbə nəticəsində bir nəfərin həlak olduğunu bildirilir.
Hücum dekabrın 22-də həyata keçirilib.


