Vaşinqton yeni hərbi yardım paketi çərçivəsində ilk dəfə Ukraynaya 18 özüyeriyən artilleriya qurğusu göndərəcək.
Modern.az xəbər verir ki, bu barədə yanvarın 7-də ABŞ müdafiə nazirinin Avrasiya, Ukrayna və Rusiya üzrə köməkçisinin müavini Laura Kuper brifinqdə bildirib.
Onun sözlərinə görə, yeni yardım paketinə artilleriya sahəsində mühüm öhdəliklər daxildir.
“Bunlar 155 mm kalibrli 18 ədəd M109A6 Paladin özüyeriyən artilleriya qurğusu və 155 mm kalibrli artilleriya mərmisidir”, – deyə o, ABŞ-ın Kiyevi özüyeriyən haubitsalarla ilk dəfə təmin etdiyini əlavə edib.
Onun sözlərinə görə, bu silahlar əvvəllər təchiz edilmiş yedəkli haubitsalardan daha böyük manevr və qorunma təmin edəcək, eyni zamanda müttəfiqlər tərəfindən verilmiş özüyeriyən haubitsaları tamamlayacaq.
Pentaqonun məlumatına görə, RIM-7 Sea Sparrow yer-hava raketləri də Vaşinqtonun Ukraynaya yeni hərbi yardım paketinə daxildir.