ABŞ-ın azad etdiyi rus silah baronu Ukraynada döyüşmək istəyir

ABŞ-ın azad etdiyi rus silah baronu Ukraynada döyüşmək istəyir

Bir neçə gün əvvəl ABŞ tərəfindən azadlığa buraxılan rusiyalı silah baronu Viktor But Ukraynadakı müharibədə iştirak etmək istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə o, RT nəşrinə müsahibəsində bildirib.

 

O qeyd edib ki, imkanı və lazımi bacarıqları olsa, könüllü kimi hərbi əməliyyatlarda iştirak edəcək.

 

“Mən (hərbi əməliyyatı -red) tam dəstəkləyirəm. İmkanım və lazımi bacarıqlarım olsaydı, təbii ki, könüllü iştirak edərdim”, – deyə But bildirib.

 

Xatırladaq ki, noyabrın 8-də Rusiyada həbs edilmiş amerikalı basketbol ulduzu Britni Qriner azadlığa buraxılıb. ABŞ bunun müqabilində rusiyalı silah baronu Viktor Butu azad edib. “Ölüm taciri” ləqəbini daşıyan But 1990 və 2000-ci illərdə Afrikada, Cənubi Amerikada və Asiyada qiyamçılara, qeyri-qanuni dəstələrə, sanksiya altında olan dövlətlərə silah satıb. Birləşmiş Ştatlar 1990-cı illərin sonunda Viktor Butla bağlı araşdırmalara başlayıb. O,2000, 2005 və 2006-cı illərdə BMT Təhlükəsizlik Şurasının, Beynəlxalq Amnistiya Təşkilatının və ABŞ Dövlət Departamentinin hesabatlarında BMT sanksiyalarından yayınaraq Afrikaya ən böyük silah tədarükçülərindən biri kimi qeyd edilib.

 

Akif İsmayılov

Mənbə

Share: