ABŞ-ın dövlət katibindən Özilə dəstək

ABŞ-ın dövlət katibi Mayk Pompeo “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özilin Çində uyğurlara edilən haqsızlıqla bağlı fikirlərinə görə bu ölkədə ona qoyulan qadağalara münasibət bildirib.

Qol.az xəbər verir ki, Ağ Ev rəsmisi bu barədə şəxsi Tvitter səhifəsində paylaşım edib. O, türk əsilli alman futbolçunu dəstəklədiyini qeyd edib:

“Çin Kommunist Partiyasının təbliğatçı kanalları Özilə, “Arsenal”ın bütün oyunlarına qadağa qoya bilər, amma həqiqət zəfər çalacaq. Kommunist Partiyası uyğurlara və dünyanın digər dini konfessiyalarına qarşı törədilən insan hüquqları pozuntularını gizlədə bilməz”.

Xatırladaq ki, Şərqi Türküstandakı insanlara edilən haqsızlıqlara bağlı “İnstaqram” səhifəsində yazdığı fikirlərlərə görə Çin höküməti ölkədə axtarış sistemlərindən Özilin adını sildirib, sosial şəbəkələrdə isə ona məxsus səhifələrin görüntülənməməsinə qərar verilib. Bundan başqa, Özilin “M10” adlı fan klubu bloklanıb. Eyni zamanda KİV-də “Arsenal”ın adının çəkilməsinə qadağa qoyulub.

Share: