latın Ameriksınada Amerika əleyhinə olan bütün hədəfləri məhv etməyi planlayan Tramp rəhbərliyi, Maduro hökumətinə qarşı Venesuelada başladığı çevriliş prosesinin ardınca indi də Kubanı hədəf aldı.
Milletinsesi.az xəbər verir ki, ABŞ Xəzinə Nazirliyinin “sosializm köməkçiləri” kimi səciyyələndirdiyi Venesuela, Kuba və Nikaraquaya qarşı yeni sanksiya qərarının veriləcəyi bildirildi. ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Boltonun açıqladığı sanksiyaların 17 Aprel 19619-ci ildəki Kuba istila təşəbbüsünün 58-ci il dönümündə baş verməsi diqqət çəkdi.
Venesuela Mərkəzi Bankı, Nikaraquanın Corporativo bankı və Kuba ordusuna aid Aerogaviota hava yolu şirkətinə sanksiya qərarının qəbul olunduğunu qeyd edən Bolton, ən sərt sanksiyaların Havana rəhbərliyini hədəf aldığını vurğulayıb. Kubada yaxınları olmayan Amerikalıların bu ölkəyə səfərinin qadağan olunduğunu bildirən Bolton, pul transferlərinin isə yalnız rübdə min dollarlarla məhdudlaşdırdığını qeyd edib. ABŞ-lı diplomat, sanksiya qərarına əsas olaraq Kubanın Venesuela Dövlət Başçısı Nikola Maduroya verdiyi dəstəyi göstərib.
Sanksiyalar haqqında açıqlama verən Kuba xarici işlər naziri Bruno Rodrguez,” ABŞ-ın Kubaya yönəlik gərginliyini təcavüzkarcasına artırması uğursuzluğa düçar olacaq. Eynilə Donuzlar Körfəzindəki kimi bunun da öhdəsindən gələcəyik”,deyə bildiribi. Kuba Xarici İşləri Nazirliyinin ABŞ üzrə naümayəndəsi Josefina Vidal da Amerikan imperializminin “eynilə Donuzlar Körfəzindəki kimi yenə məğlub ediləcəyini” dilə gətirdi.
Qeyd edək ki, 17 Aprel 1961-ci ildə de MKİ-nin təlimatlandıraraq silahlandırdığı, sürgündəki Kubalılardan təşkil etdiyi 1500 nəfərlik dəstə Kuba inqilabını həyata keçirən Fidel Castronın hökumətini devirmək üçün Donuzlar Körfəzinə çıxmışdıi. Ancaq İnqilabçı Silahlı Qüvvələrin çox güclü əks hücümuna 3 gün dözən dəstə məğlub olmuş və bu hadisə ABŞ tarixinin ən alçaldıcı məğlubiyyətlərindən biri kimi tarixə düşmüşdü.