ABŞ-ın İran qərarına Türkiyədən ilk açıqlama

ABŞ-ın İrandan neft idxalına  sanksiyalar tətbiq etməsi  regionda sülh və sabitliyə xidmət etməyəcək və İran xalqına zərər verəcək.

Milletinsesi.az xəbər verir ki, bu sözləri  Türkiyənin xarici işlər naziri Mövlüt Çavuşoğlu özünün “tviter” hesabında paylaşıb. O bildirib: “Tək tərəfli sanksiyaları və qonşularımızla necə əlaqə quracağımız mövzusundakı təzyiqi qəbul etmirik”.

Qeyd edək ki, Ağ ev  İran neftinə qarşı tətbiq edəcəyi sanksiyaladan daha əvvəl  azad etdiyi 8 ölkəyə də güzəşt etməyəciyini bildirib.

Share: