Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (15-19 iyul) yekunlarına görə, ABŞ-da neft ehtiyatları yenidən kəskin azalıb.
ABŞ-ın neft ehtiyatları 10,96 mln. barel azalaraq 449,04 mln. barel təşkil edib.
Məlumata əsasən, bir həftə öncə API-in proqnozlarına əsasən, ABŞ-ın neft ehtiyatları 1,4 mln. barel azalmalı idi.
Xatırladaq ki, proqnozlara görə, 2019-cu ildə ABŞ-da gündəlik neft hasilatı rekord 12,36 mln. barelə çatacaq. Ötən il bu göstərici öz maksimumuna çataraq 10,96 mln. barel təşkil edib.