ABŞ- ın “Qiyamət günü” təyyarəsi havaya qalxdı

NATO zirvəsinə qatılmaq üçün Belçikaya səfər edən ABŞ prezidenti Baydeni “Qiyamət günü” təyyarəsi olaraq bilinən xüsusi dizayn edilmiş təyyarə müşayiət edib.

Millətin Səsi.az xəbər verir ki,  Rusiya-Ukrayna müharibəsi ərəfəsində ABŞ ordusunda cəmi 4 ədəd olan bu silahın nümayiş etdirilməsi xüsusi diqqət çəkib.

Rusiyanın Ukraynanı işğal etmək üçün başlatdığı əməliyyat Rusiya ilə NATO arasındakı gərginliyi ən pik həddə çatıb. Rusiyanın nüvə silahından tez-tez “kozır”kimi istifadə etməsi mövcud gərginliyi daha da artırır. Bütün bu hadisələrdən sonra “Qiyamət təyyarəsi” kimi tanınan və ABŞ Hərbi Hava Qüvvələrində xidmət edən E-4B təyyarəsinin İngiltərədə hava məkanında görünməsi  qızğın müzakirələrə səbəb olub.

E-4B təyyarəsi hansı özəlliklərə sahibdir?

Havada yanacaq doldura bilən və beləliklə yüksək hündürlükdə günlərlə havada qala bilən E-4B-nin göyərtəsi komanda iş sahəsi, konfrans zalı, brifinq otağı, əməliyyat qrupunun iş sahəsi, rabitə kimi altı funksional sahəyə bölünür. E-4B ekipajı da daxil olmaqla 112 nəfəri qəbul edə bilir. Məlumdur ki, E-4B elektron hücumlara qarşı güclü müdafiə sistemidir və elektron hücumlardan daha az təsirlənmək üçün analoq uçuş sistemləri ilə təchiz edilib. Nüvə partlayışından minimal təsirə məruz qalmaq üçün nəzərdə tutulmuş təyyarə rabitə sistemləri ilə ABŞ prezidentinə digər dünya liderləri ilə görüşlər keçirməsinə də mkan verir.

Boeing 747 tipli mülki sərnişin təyyarəsinin fərdiləşdirilmiş versiyası olan E-4B potensial müharibə zamanı ABŞ ordusuna rəhbərlik etmək, fövqəladə müharibə əmrlərini yerinə yetirmək və fövqəladə vəziyyət zamanı mülki orqanların hərəkətlərini əlaqələndirmək üçün yerləşdirilən komanda və idarəetmə təyyarəsidir.

 

Share: