ABŞ Suriyanın şimal-şərqindəki neft yataqlarına nəzarəti davam etdirəcəkdir.
Milletinsesi.az xəbər verir ki, bu sözləri ABŞ Müdafiə naziri Mark Esper keçrdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, “Əl-Bağdadi sağ ikən bu depozitlər onun fəaliyyətinə İŞİD-in maliyyə mənbəyi kimi dəstək verirdi. ABŞ ordusu yataqları təhdid edən bütün qüvvələrə ciddi cavab verəcək”.
Qeyd edək ki, daha əvvəl Suriyanın dövlət televiziyası ABŞ qoşunlarının bir karvanının İraqdan Suriyanın şimal-şərqindəki Haseke bölgəsinə döndüyünü bildirmişdi.