ABŞ-ın “Ukraynaya pul vermirəm şousu”- Şok detallar 

ABŞ-ın “Ukraynaya pul vermirəm şousu”- Şok detallar 

“Baydenlə Putin arasında münaqişənin şəxsi sanksiyalar müstəvisinə keçdiyi bir məqamda deyim ki, ABŞ sanksiyalar olmadan da illərdir ki, Rusiyanın qol-budağını qısaldır, həlqəni daraldır” 

 

 

Bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov Moderator.az-a açıqlamasında bildirib.  

 

“2013-cü ildə Rusiyanın milyardlar xərclədiyi “Yamal-Avropa-2” qaz kəmərinin tikintisi Amerikanın səyi ilə Polşa tərəfindən  dayandırıldı.

2014-cü ildə amerikalı konqresmenlərlə görüşdən sonra Bolqarıstanın Baş naziri Rusiyanın “Cənub Axını” kəmərinin tikintisinin Bolqarıstan ərazisində yarımçıq saxlanıldığını elan etdi.

Ölkələrdə keçən kəmərlərində problem çıxardılarını görə Rusiya dənizlərin dibilər kəmərlər inşa etməyə başladı. Onda da dənizin dibində partlatdılar.

Bizim TAP-dan 10 dəfə böyük olan, yəni illik 110 milyard kubmetr qaz ixrac edə bilən “Şimal Axını” kəmərlər sistemi isə Şimal dənizinin dibində partladıldı. Diametri az qala 1,5 metrə çatan 4 boru kəmərindən 3-ü duzlu dəniz suyu ilə doldu və korroziya səbəbindən heç indidən sonra da istifadə yaramayacaqdır. 

 

Odur ki, Amerika Rusiyanı sadəcə bir dəfəlik deyil, tədricən, yavaş-yavaş çökdürmək siyasətini əvvəldən məharətlə davam etdirir. 

Bir həqiqəti anlamaq lazımdır ki, Amerika Rusiyanın qəfil çökməsini və ya parçalanmasını istəmir. Yoxsa, idarə edilə bilməyən xaos yarana bilər. ABŞ isə idarə edilə bilən xaoslar yaratmağı və idarə etməyi sevir və bacarır. Odur ki, bəzən Ukraynaya pul vermirəm şousu, bəzən də başqa şoular göstərir. Amma nə baş verirsə, A planının bir komponentidir”.

Mənbə

Share: