ABŞ İranın ali dini lideri Ayətullah Əli Xamneyini öldürməklə qlobal sülh və təhlükəsizliyə ciddi təhdid yaradıb.
Millıtin Səsi.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali TASS-a yazdığı məqalədə bildirib.
İran İslam Respublikası İslam İnqilabının Ali Rəhbərinin şəhadəti ilə bağlı dərin kədərini ifadə edərək, bu terror cinayətini beynəlxalq hüquq müddəalarının və BMT Nizamnaməsinin açıq şəkildə pozulması, həmçinin davamlı regional və qlobal sülh və təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirir.
Səfir Xamneyini “şərəf, müdriklik və praqmatizm” strateji üçlüyünü rəhbər tutaraq, həyatını ədalətli sülhün bərqərar olmasına, milli suverenliyin və müstəqilliyin müdafiəsinə həsr edən cəsur döyüşçü kimi xarakterizə edib.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. İranın iri şəhərləri, o cümlədən Tehrana zərbələr endirilib. Ağ Ev hücumu İrandan gələn raket və nüvə təhlükələri ilə əsaslandırıb.
Zərbələr nəticəsində Xamneyi və İslam Respublikası rəhbərliyinin bir neçə yüksək vəzifəli şəxsi öldürülüb.


