
ABŞ prezidenti Donald Tramp administrasiyası İsraillə olan gərginlikdən sonra İranı danışıqlar masasına oturtmaq üçün “mülki nüvə proqramlarına” yardım göstərilməsini müzakirə edir.
Millətin Səsi.az xəbər CNN-in məlumatına istinadən xəbər verir ki, məsələ ilə bağlı məlumatlı mənbələr ABŞ-ın İran ilə İsrail arasında yaşanan gərginlik və ABŞ-ın İranın nüvə obyektlərinə hücumu ilə kəskinləşən böhran dövründə və atəşkəs elan edildikdən sonra İranla görüşlərin davam etdiyini bildirib.
Danışıqlarda İranı danışıqlar masasına oturtmaq üçün müxtəlif təkliflərin təqdim edildiyini bildirən mənbələr, ABŞ-ın İranın nüvə obyektlərinə hücumundan əvvəl Trampın xüsusi nümayəndəsi ilə Körfəz ölkələrindən olan tərəfdaşları arasında Ağ Evdə keçirilən görüşdə məsələ ilə bağlı detalların müzakirə edildiyini iddia edib.
Mənbələr bildiriblər ki, görüşdə müzakirə edilən şərtlərdən biri İrana uranın zənginləşdirilməsi fəaliyyətlərini daxil etməyən və yalnız mülki enerji istehsalına yönəlmiş yeni atom elektrik stansiyası ilə təmin etmək olub.
Mənbələr görüşdə müzakirə edilən şərtlərdən birinin uranın zənginləşdirilməsi fəaliyyətlərini ehtiva etməyəcək və yalnız mülki enerji istehsalını hədəf alacaq yeni nüvə proqramı üçün İrana təxminən 20-30 milyard dollar yardım göstərilməsi olduğunu və bu pulun ərəb tərəfdaşlarından gəlməsinin planlaşdırıldığını iddia ediblər.
Mənbələr həmçinin iddia edib ki, təqdim edilən digər təkliflər arasında İrana qarşı bəzi sanksiyaların ləğvi və Tehrana hazırda sərbəst istifadəsinə məhdudiyyət qoyulan xarici bank hesablarında olan 6 milyard dolları əldə etmək icazəsi var.