ABŞ İrana dron hücumlarında iştirak etməyib

ABŞ İrana dron hücumlarında iştirak etməyib

İrana dron hücumlarında ABŞ iştirak etməyib.

 

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Pentaqon rəsmisi, ABŞ ordusunun briqada generalı Patrik Rayder deyib.

 

“ABŞ Silahlı Qüvvələri İrana zərbələrdə iştirak etməyib”, – deyə general məlumat verib. Lakin o, hadisəni geniş şəkildə şərh etmək istəməyib.

 

Qeyd edək ki, İranın İsfahan şəhərindəki hərbi zavod başda olmaqla, bir neçə regionunda hərbi obyektlərə PUA-larla zərbələr endirilib.

Mənbə

Share: