ABŞ ordusu Prezident Donald Trampın hücum əmri verəcəyi təqdirdə İrana qarşı həftələrlə davam edən davamlı əməliyyatlara hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə iki ABŞ rəsmisi “Röyters”ə bildirib.
Qeyd edilib ki, ABŞ ordusu İrana qarşı potensial həftəlik əməliyyatlara hazırlaşır:
“Tramp əmri verəcəyi təqdirdə ABŞ ordusu İranın nüvə obyektlərinə məhdud hücumdan kənara çıxaraq dövlət və təhlükəsizlik hədəflərinə davamlı hücumları da nəzərdə tutan planlar hazırlayıb”.
Rəsmilər İranın qisas alacağını və bunun uzunmüddətli mübadilə və daha geniş regional münaqişə riskini artıracağını gözləyirlər.
Xatırladaq ki, fevralın 6-da Omanda İran-ABŞ danışıqlarının ilk raundu keçirlib.
Qeyd edək ki, ABŞ rəsmiləri ötən gün Pentaqonun Yaxın Şərqə əlavə bir təyyarədaşıyan gəmi göndərdiyini bildirib. Donald Tramp isə İranda hakimiyyət dəyişikliyinin ən yaxşı nəticə olacağını açıqlayıb.


