ABŞ İranda genişmiqyaslı döyüş əməliyyatlarına başlayıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
“Qısa müddət əvvəl İranda mühüm hərbi əməliyyatlara başladıq. Məqsəd ABŞ vətəndaşlarını İrandan gələ biləcək təhdidlərdən qorumaqdır”, – Tramp bildirib.
Qeyd edək ki, daha əvvəl İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.


