“ABŞ İsraili cilovda saxlayır, amma ukraynalılar istədiyini edə bilər”

“ABŞ İsraili cilovda saxlayır, amma ukraynalılar istədiyini edə bilər”

 

“Amerikalılar İsrailin silahı dəqiq və hüquq normalarına uyğun olaraq tətbiq edəcəyinə əmin olmaq istəyir, amma Ukrayna hədəflərini özü müəyyən edir, bu, təmiz ikili standartlardır…”

 

“Rusiyanın da hələ İkinci dünya savaşı dönəmindən öz təhlükəsizliyni təmin etmək hüququ var…”

 

İsrailin 7 oktyabr müdhiş terror aktından sonra istədiyini edə bilməsi barədə diskusiyalar mənə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin “əvvəlki hadisələr”, o cümlədən “Donbasın on dəfələrlə intensiv atəşlərə tutulmasının” nəticəsi olması barədə məsələləri xatırladır.

 

Moderator.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya televiziyasının “Birinci kanal”ında “Böyük oyun” tok-şousunda çıxışında deyib. Məlumatı SİTA agentliyi yayıb.

 

Öz çıxışında Lavrov Qərbin Qəzza bölgəsində münaqişə və Ukraynada müharibə ilə bağlı “qeyri-bərabər” münasibətinə kifayət qədər çox zaman ayırıb.

 

O, iddia edib ki, məhz Netanyahu “dəfələrlə ümumi şəkildə deyib ki, indi İsrail istədiyini edə bilər”.

 

“Onun komandirləri, müdafiə naziri, milli təhlükəsizlik üzrə müşaviri beə bəyanatlar verib ki, Qəzzada, ümumiyyətlə, heç bir mülki əhali yoxdur. Orada hamı üç yaşından artıq ekstremist olur. Məncə, bunu Ben-Qvir deyib”, – rusiyalı nazir məlumat verib.

 

Bundan sonra Lavrov İsrailin Rusiyanın ünvanına Ukrayna məsələsi üzrə neqativ fikirlərini xatırladıb.

 

“Mən bütün bunları eşidəndə, Yair Lapidin baş nazir olduğu dönəmdə sözlərini xatırladım. O, deyib ki, Rusiya tərəfindən Ukraynanın suverenliyinin pozulmasına heç cür haqq qazandırmaq olmaz. Mülki əhaliyə ziyan vurulmasına haqq qazandırmaq olmaz.

 

Hamı gözəl anlayır ki, Ukrayna atəşlərə məruz qoyulanda, dinc vətəndaşlar arasında qurbanlar olacaq. Əgər bunu İsrailin indi öz hərəkətlərini necə izah etdiyi ilə müqayisə etsək, nə demək olar, bu, kifayət qədər parlaq təəssürat yaratmalıdır”, – Lavrov deyib.

 

O, Putinlə Netanyahu arasında bir neçə gün öncə Rusiyanın təşəbbüsü ilə baş tutan telefon danışığının detallarını da açıqlayıb:

 

“Putin qəti şəkildə bildirib ki, biz heç bir, üstəlik, oktyabrın 7-də baş vermiş qəddar terrorçuluğu qəbul etmirik. Biz mülki əhali üçün risklərin nə demək olduğunu yaxşı bilirik”.

 

Bu yerdə Lavrov Beslanda və Dubrovkadakı teatrda girovlar barədə xatırlayıb. 

 

Nazirin iddiasına görə, girovların azad edilməsi üzrə əməliyyat hazırlananda, həm Qərb mətbuatı, həm də Rusiyanın hüquq-müdafiəçiləri “güc əməliyyatının aparılmasına yol verməməyi tələb edib, çünki girovlar bundan zərər çəkə bilər”.

 

Sonra isə “girovların azad edilməsinin nəticəsində, çox təəssüf ki, onların bir hissəsi həlak olandan sonra hay-küylü bəyanatlar səsləndirilib və bu əməliyyatlar pislənilib”.

 

“Mən bu gün Qərbin mövqeyində buna bənzər heç nə müşahidə etmirəm, – nazir qeyd edib. – Yeri gəlmişkən, maraqlıdır ki, mülki əhalinin həlak olmasına seyrci qalmaqla bağlı tənqidə cavab olaraq həm Kirbi, həm də Sallivan bəyan edir ki, bizim silahımızdan necə istifadə edilməsini biz diqqətlə izləyirik.

 

Hətta bu günlər Ostin də bəyan edib ki, biz tədarük edilən silahın istisnasız olaraq dəqiq istifadə edilməsinə və beynəlxalq humanitar hüquqa hörmət ediləcəyinə İsraildən zəmanət almaq istəyirik. Onlar bir növ Amerikanın silah alverinin prinsiplərini ifadə edib.

 

Amma, gəlin, bir neçə ay öncə “Siz silahlarınızın Ukraynada tətbiq edilməsinə necə nəzarət edirsiniz?” sualına elə həmin Kirbi və Sallivanın cavabına baxaq. Onlar deyir ki, Ukrayna öz hədəflərini özü müəyyən edir. Hətta Krım körpüsünə zərbələrdən sonra da belə deyilib.

 

Bir az fərq var deyəsən: amerikalılar İsrailin silahı dəqiq və hüquq normalarına uyğun olaraq tətbiq edəcəyinə əmin olmaq istəyir, amma Ukrayna özü müəyyən edir. Bu, təmiz ikili standartlardır”, – Lavrov deyib.

 

İsrail mövzusuna yekun vuraraq nazir Rusiyanı “təhlükəsizlik hüququ” nöqteyi-nəzərdən İsrailə bənzədib və buna hələ İkinci dünya savaşı dönəmindən haqqı olduğunu vurğulayıb.

 

“Mənim çoxsaylı israilli dostlarım var və indiyədək mən onlarla ünsiyyətdəyəm, məlumatlar mübadiləsi edirik. Bəli, İsrail Xolokost qurbanlarının qanı üzərində yaradılıb.

 

Bizim İkinci dünya savaşının dəhşətlərinin və növbəti supermenin supermillət yaradıb başqalarını özünə tabe etdirmək cəhdlərinin daha heç bir zaman təkrar olunmayacağına dair ümumi andımız var. Biz İsrailin təhlükəsizlik hüququnu tamamilə tanıyırıq, bu barədə prezident Putin də dəfələrlə deyib.

 

Lakin biz ona istinad edirik ki, Xolokosta paralel olaraq, Sovet İttifaqının yəhudiləri də daxil olmaqla həddən artıq qurbanlar verən ölkəmizin də özünün təhlükəsizliyini təmin etmək hüququ var. Mən kimsənin buna etiraz edə biləcəyini düşünmürəm”, – Lavrov deyib.

Mənbə

Share: