ABŞ klubu Aqollini komandada saxlamaq istəyir

ABŞ-ın “Nyu-York Kosmos” klubu “Qarabağ”ın sabiq futbolçusu Ansi Aqollini komandada saxlamaq istəyir.

Qol.az ABŞ mətbuatına istinadən xəbər verir ki, klub 37 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddətini uzatmağı düşünür.

Bununla bağlı məlumatı klubun baş məşqçisi Karlos Mendes təsdiqləyib: “Biz mütləq Aqolli ilə danışıqlar aparacağıq. O, ötən il komandanın böyük hissəsi idi, burada məşqdə olması da xoşdur. Səviyyəni qaldırır. O, peşəkardır. Xüsusilə, belə futbolçunun olması gənc oyunçular üçün vacibdir”.

Ansi Aqolli də “Nyu-York Kosmos”da qalmaq istədiyini söyləyib: “Bu komanda üçün hər şeyimi verə biləcəyimi düşünürəm. Peşəkar və intizamlı olsanız, yaxşı məşq edə və özünüzü istənilən səviyyədə saxlaya bilərsiniz. Komandanın bu il hədəflərinə çatması üçün çox şey verə biləcəyimi düşünürəm”.

Qeyd edək ki, Aqolli 2019-cu ilin martında “Qarabağ”dan ayrılaraq “Nyu-York Kosmos”a keçib.

Share: