ABŞ Konqresində İrandakı vəziyyətlə bağlı dinləmələr keçirilib

ABŞ Konqresi Nümayəndələr Palatasının Beynəlxalq Münasibətlər Komitəsində “İranın düşmən fəaliyyəti” mövzusunda dinləmələr keçirilib.

 

Məlumatı “İran İnternational” yayıb.

 

Toplantıda İran rejiminin hərbi fəaliyyəti, eləcə də nüvə proqramı və vətəndaşlara qarşı repressiyaları müzakirə olunub.

 

Məlumata görə, iclasda İranda olan ictimai-siyasi fəallar, o cümlədən Məsih Əlinijat, Demokratiyanı Müdafiə Fondunun baş elmi əməkdaşı Behnam Ben Taleblu, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İran üzrə bölməsinin keçmiş rəhbəri Norman Rolle, ABŞ-ın Brukinqs İnstitutunun İran problemləri üzrə baş analitiki Süzan Meloni və başqaları iştirak ediblər.

 

S.Meloninin sözlərinə görə, müxtəlif dövlətlərin hakimiyyətləri İranla danışıqlar aparmağa cəhd göstərsələr də, bunu yarıda dayandırıblar.

 

B.Taleblu bildirib ki, ABŞ-ın müttəfiqləri və Körfəz Əməkdaşlıq Şurası ölkələrinin qənaətincə, ABŞ onlardan üz döndərib, bu səbəbdən də həmin dövlətlər Tehrana yaxınlaşıblar.

 

M.Əlinijetın sözlərinə görə, Ağ ev Tehran rejiminin qıcıqlandırmamaq üçün İrana qarşı ehtiyatlı siyasət yürüdür.

 

Mənbə

Share: