Bəyanatda həmçinin məlumat verilir ki, 19-20 yanvar 1990-cı il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində zorakılıq zamanı Sovet ordusu 100-dən çox Azərbaycanlı nümayişçini qətlə yetirmiş, 700 nəfər isə yaralanmışdır. Sovet hərbçilərinin zorakılığına baxmayaraq, Azərbaycan əhalisi dinc etirazını 1991-ci il 18 oktyabr tarixində SSRİ-dən müstəqilliyini elan edənə qədər davam etdirib.
Konqresmen Aderholt bəyanatında həmkarlarına səslənərək Azərbaycanda “Qara Yanvar” faciəsinin və azadlıq uğrunda canlarından keçmiş insanların xatirəsinin yad edilməsinə çağırıb, ABŞ-ın müttəfiq və tərəfdaşı Azərbaycanın yanında olduğunu xüsusi vurğulayıb.