ABŞ-la əməkdaşlığı artırırıq – Çavuşoğlu

ABŞ-la əməkdaşlığı artırırıq – Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a səfəri çərçivəsində Texas ştatının Hyuston şəhərində baş konsulluq binasının açılış mərasiminə qatılıb.

 

 

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, tədbirdə nazir bir sıra açıqlamalar verib.

 

 

 

“Görüşlərimiz son dərəcə məhsuldardır və ikitərəfli münasibətlərimizin inkişafı baxımından faydalı olduğunu söyləmək istəyirəm. ABŞ-la PYD-PKK, FETÖ və sanksiyalar kimi yaşadığımız problemlər var. Bunları geridə qoymaq üçün çalışırıq. Hyustonda mövcud olan FETÖ üzvləri ilə mübarizənin önəmini bir daha vurğulamaq istəyirəm”, – deyə XİN başçısı bildirib.

 

 

 

Onun sözlərinə görə, diplomatik nümayəndəliyin əməkdaşlarının sayı 260 nəfər olacaq.

 

 

 

“Qlobal böhran şəraitində ABŞ-la əməkdaşlığımızı artırırıq”, – deyə Çavuşoğlu əlavə edib.

Mənbə

Share: