ABŞ lideri Çini də silahlara nəzarət danışıqlarına cəlb etmək istəyir

ABŞ lideri Çini də silahlara nəzarət danışıqlarına cəlb etmək istəyir

ABŞ prezidenti Donald Trampın administrasiyası nüvə silahlarına qoyulan məhdudiyyətləri saxlamaqda və Çini silahlara nəzarət danışıqlarına cəlb etməkdə maraqlıdır.

Bunları “ The Financial Times” Ağ Ev rəsmisinə istinadən yazıb.

ABŞ rəsmisi qəzetə deyib: “Prezident Tramp nüvə silahlarının dünya üçün yaratdığı təhlükədən dəfələrlə danışıb və nüvə silahlarına məhdudiyyətləri saxlamaq və Çini silahlara nəzarət danışıqlarına cəlb etmək istədiyini bildirib”.

2025-ci il sentyabrın 22-də Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurası ilə görüşdə bildirib ki, Moskva fevralda başa çatan Strateji Silahların Azaldılması Müqaviləsi (Yeni START) çərçivəsində kəmiyyət məhdudiyyətlərinə daha bir il riayət etməyə hazırdır. Bununla belə, o qeyd edib ki, bu tədbir yalnız Vaşinqtonun analoji şəkildə hərəkət edəcəyi təqdirdə səmərəli olacaq.

Share: