ABŞ məhkəməsi Trampdan 1 milyon dollar təzminat aldı: “Bu iş açılmamalı idi”

ABŞ məhkəməsi Trampdan 1 milyon dollar təzminat aldı: “Bu iş açılmamalı idi”

Florida məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Tramp və onun vəkilindən keçmiş dövlət katibi Hillari Klintona qarşı qaldırdıqları iddia üzrə 1 milyon dollara yaxın təzminat alıb.

 

Bu barədə Florida ştatının cənub dairəsi üzrə federal məhkəmənin elektron məlumat bazasında yerləşdirilmiş qərarda bildirilib. “Bu iş açılmamalı idi. İttihamların uğursuzluqla nəticələnəcəyi başından bəlli idi”, – deyə hakim Donald Middlbruks qeyd edib.

 

Keçmiş prezident və vəkili Alina Xabba Klintonu, həmçinin digər 30 nəfər təqsirləndirilən şəxsi 2016-cı il prezidentlik kampaniyası zamanı Trampı ləkələməyə çalışmaqda ittiham ediblər.

 

Onlar bunun üçün 70 milyon dollar məbləğində təzminat tələb ediblər. Təqsirləndirilən şəxslər ötən ilin noyabrında məhkəməyə cavab ərizəsi göndəriblər. Onlar eks-prezidentin iddialarını əsassız adlandırıb, Trampın özündən və vəkilindən 1 milyon dollardan artıq pul alınmasını tələb ediblər.

 

Beləliklə, məhkəmə Klinton və digər müttəhimlərin vəsatətini təmin edib, Tramp və Xabbanı 937,9 min dollar məbləğində cərimələyib. /Oxu.az/

 

Mənbə

Share: