ABŞ Ukraynada müharibənin yaya – iyun ayına qədər başa çatmasını istəyir və danışıqların dəqiq qrafikinin razılaşdırılmasında təkid edir.
Milletinsesi.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
“Niyə məhz bu yaya qədər? Başa düşürük ki, ABŞ-dakı daxili məsələlər təsir göstərir və şübhəsiz onlar üçün daha da aktual olacaq. İlk dəfə tərəflər ən mürəkkəb məsələlərin liderlərin üçtərəfli görüşündə qaldırıla biləcəyini müzakirə etdilər. Lakin bunun üçün müəyyən hazırlıq elementləri lazımdır. Belə formatda müzakirənin dialoqda yer alması vacibdir”, – Zelenski qeyd edib.
Prezidentin sözlərinə görə, Ukrayna bir həftə sonra ABŞ-da Rusiya nümayəndə heyəti ilə görüşün keçiriləcəyini təsdiqləyib. ABŞ tərəfinin təklif etdiyi görüş çox güman ki, Mayamidə keçiriləcək.
Zelenski qeyd edib ki, ABŞ atəşkəsin monitorinqində iştirakını təsdiqləyib:
“Hərbçilər söhbət aparıblar və başa düşürlər ki, siyasətçilərin müharibənin başa çatması barədə qərar qəbul edəcəyi halda atəşkəsin Ukrayna, Rusiya və ABŞ tərəfindən monitorinqi texniki olaraq necə həyata keçiriləcək. Yəni ABŞ iştirakını təsdiqləyir. Avropaya gəlincə, bu, onların bu prosesdə olmayacağı demək deyil”.


