ABŞ NATO missiyalarının miqyasını azaltmağa çalışır — Politico

ABŞ NATO missiyalarının miqyasını azaltmağa çalışır — Politico

Birləşmiş Ştatlar Şimali Atlantika Alyansına İraqdakı əsas missiya da daxil olmaqla bir neçə missiyanı ixtisar etmək üçün təzyiq edir.

Millətin Səsi.az bildirir ki, bu haqda Politico diplomatlara istinadən xəbər yayıb.

Nəşrin yazdığına görə, Vaşinqton NATO-nun bu sahədə köklü şəkildə yenidən qurulmasında israrlıdır və son aylarda tanınmamış Kosovo Respublikasında da əməliyyatın miqyasını azaltmağa çalışır. Politico qeyd edib ki, bu səylər “Ağ Evin NATO-ya ciddi Avroatlantik müdafiə paktı kimi yanaşması” və ABŞ prezidenti Donald Trampı və onun MAGA hərəkatından olan tərəfdarlarını uzun müddət qıcıqlandıran qlobal tərəfdaşlıq və təşəbbüslərdən imtina etməyi əks etdirir.

Anonimlik şərti ilə diplomatlar bildiriblər ki, Ağ Ev NATO-nu alyansın əsas müdafiə və çəkindirmə vəzifələrindən kənarda qalan “bölgədənkənar fəaliyyətləri” məhdudlaşdırmağa çağırır. Onların fikrincə, bu cür addımlar “keçmiş müharibə zonalarında NATO-nun fəaliyyətinin sürətlə azalmasına səbəb ola bilər”.

 

Share: