ABŞ-nin ikinci təyyarədaşıyan gəmisi Aralıq dənizinə yollanıb

ABŞ Aralıq dənizinin şərqinə ikinci təyyarədaşıyan gəmi göndərib.

Bubarədə Pentaqon rəhbəri Lloyd Ostin bildirib.

O, bu qərarı İsrailə qarşı aqressiv hərəkətlərin qarşısını almaq və HAMAS-ın İsrail ərazisinə hücumundan sonra daha böyük müharibəni qızışdırmaq cəhdləri ilə izah edib.

“ABŞ-nin hərbi mövcudluğunun bu şəkildə genişləndirilməsi bizim İsrailin təhlükəsizliyini təmin etmək üçün güclü öhdəliyimizi və dövlətlərin və ya qrupların bu müharibəni qızışdırmaq cəhdlərinin qarşısını almaq istəyimizi nümayiş etdirir”, – deyə nazir qeyd edib.

Qeyd edək ki, bu həftənin əvvəlində “Gerald R. Ford” təyyarədaşıyan gəmisi Aralıq dənizinin şərqinə gəlib.

Mənbə

Share: