Vaşinqton administrasiyası Omanda İran nümayəndələri ilə danışıqlar aparmağa razılaşıb və danışıqların fevralın 6-da baş tutacağı gözlənilir.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri “Axios”-un müxbiri Barak Ravid “X” sosial hesabında yazıb.
Onun ərəb ölkəsindəki mənbəsi bildirib ki, “ABŞ və İran arasında nüvə müzakirələrinin cümə günü Omanda baş tutacağı gözlənilir”
“Mənbə Tramp administrasiyasının danışıqların Türkiyədən köçürülməsi ilə bağlı İranın tələbi ilə razılaşdığını bildirib”.
Onun sözlərinə görə, “bölgədəki ərəb və müsəlman ölkələrinin Omandakı danışıqlara qatılıb-qatılmayacağı ilə bağlı danışıqlar hələ də davam edir”.
Bundan əvvəl Axios xəbər vermişdi ki, İran ABŞ-la danışıqların formatını ikitərəfli formata dəyişməyi və onları İstanbulda deyil, Omanda keçirməyi planlaşdırır.


