ABŞ ordusu İran PUA-larına qarşı Ukraynanya komək edir 

ABŞ İranın pilotsuz uçuş aparatları (PUA) istehsal etməsinin və onları Ukraynada istifadə edən Rusiyaya tədarükünün qarşısını almaq üçün müxtəlif tədbirlər görür.

 

Modern.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrian Watson “The New York Times”a bildirib.

 

“Biz sanksiyalar, ixrac nəzarəti və istehsal komponentləri PUA-ların istehsalında istifadə edilən özəl şirkətlərlə danışıqlar yolu ilə İranın pilotsuz uçuş aparatları istehsalına qarşı çıxmağın yollarını axtarırıq. Eyni zamanda İranın pilotsuz uçuş aparatı texnologiyasından istifadə imkanlarını məhdudlaşdırmaq üçün atıla biləcək əlavə ixrac nəzarəti addımlarını qiymətləndiririk”, – deyə o qeyd edib..

 

Məqalədə bildirilir ki, ABŞ ilk növbədə Tehranı PUA-larda istifadə olunan Qərb istehsalı komponentləri məhrum etmək istəyir. 

 

Bundan əlavə, ABŞ silahlı qüvvələri Ukrayna hərbçilərinə İran PUA-larının buraxılış məntəqələrini aşkar etməkdə kömək edir. Eyni zamanda, amerikalılar Kiyev üçün pilotsuz uçuş aparatını aşkar edən yeni erkən xəbərdarlıq texnologiyaları hazırlayırlar.

 

Akif İsmayılov 

Mənbə

Share: