ABŞ polisi Venesuelanın Vaşinqtondakı səfirliyinin binasına daxil olub.
Milletinsesi.az “Report”a istinadən xəbər verir ki, binada Venesuela prezidenti Nikolas Maduronun sonuncu tərəfdarları qalıb.
Venesuelanın Vaşinqtondakı səfirliyindəki fəallar binada qalıblar, onları çıxartmaq üçün içəri daxil olan polislər isə oranı tərk ediblər. Bunadək fəalların binanı könllü surətdə tərk etmələri üçün yarım saat danışıqlar aparılıb.
Bunun üçün federal agent və Vaşinqton polis formasında olan insanlar səfirlik ərazisinə daxil olublar, lakin ondan irəli getməyiblər.
Danışıqlardan sonra fəallardan 4-ü binada qalıb və ikinci mərtəbənin pəncərəsində “Çevriliş uğursuzluğa düçar oldu” plakatı ilə görünüblər. Polislər gedərkən səfirliyin girişini bağlayıblar və qapıları plastik kəndirlə dolayıblar.