ABŞ Polşadakı hərbçilərinin sayını artırır

ABŞ Polşadakı hərbçilərinin sayını artırmaq niyyətindədir.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti yayıb.

Qəzet Vaşinqtonun Polşadakı 4500 nəfərlik kontingentini 5500-ə qaldıracağını bildirib. Bununla bərabər xüsusi təyinatlıların sayının artırılması eləcə də birgə hərbi təlim mərkəzinin yaradılması nəzərdə tutulub.

Tərəflər həmçinin Polşada ABŞ bazasının yaradılması ideyasından da imtina ediblər. Amma bunun qarşılığında ABŞ-ın Polşaya öz kontingentini ölkədə uzun müddət saxlayacağına dair zəmanət verəcəyi qeyd edilib. Tərəflərin yeni razılaşmanı 12 iyunda imzalaması nəzərdə tutulub, lakin bunun payıza qədər uzadılmasının mümkün olacağı vurğulanıb.

 

Share: