ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff Moskvaya gəlib

ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff Moskvaya gəlib

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff Moskva yaxınlığındakı Vnukovo hava limanına gəlib.

Millətin Səsi.az xəbər verir ki,  Vnukovo hava limanında Stiven Vitkoffu Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.

Sonuncu dəfə Vitkoff aprelin 25-də Moskvaya, ondan əvvəl isə aprelin 11-də Sankt-Peterburqda olub. Hər iki dəfə Rusiya prezidenti Vladimir Putin onunla görüşlər keçirib. Bu, Vitkoffun ilin əvvəlindən bəri Rusiyaya beşinci səfəridir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl Ukrayna böhranının həlli o vaxta qədər əldə olunmasa, avqustun 9-da Rusiyaya qarşı sanksiyalar tətbiq edə biləcəyini bildirmişdi.

Bununla belə, o qeyd edib ki, Rusiya sanksiyaların öhdəsindən yaxşı gəlir. “Rusiya ABŞ-ın hazırkı administrasiyasının sanksiyalarından yayına bilərmi?” sualına Tramp deyib ki, bunun üçün razılaşmanın bağlanması lazımdır, nəticədə insanlar ölməsin.

Share: