
“XXI əsrin əvvəllərindən ta Trampın hakimiyyətdə olduğu dövrə qədər ABŞ-də prezidentlik etmiş liderlərin dövründə planetdə 12 milyondan artıq müsəlman qətlə yetirilib, amma onların qətliamı haqqında həmin Beynəlxalq Ədalət Məhkəməsi heç bir bir qərar qəbul etməyib…”
Siyasi analitik Tahir Cəfərli Moderator.az əməkdaşı ilə qısa söhbətində İsrail-Qəzza savaşı ilə bağlı bəzi maraqlı məqamlara toxunub.
-Tahir müəllim, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin Qəzzada apardığı və artıq 30 minə yaxın mülki insanın qətli ilə müşayiət olunan və faktiki soyqırımı kimi dəyərləndirilən savaş haqqında ilkin qərarını necə dəyərləndirirsiz?
-Əlbəttə ki, müsbət… Bununla bərabər, təəssüf ki, həmin qərarın heç bir siyasi əhəmiyyəti yoxdur. Dünya iki düşərgəyə bölünür və nəticəsi acınacaqlıdır…
– İsrailin 4 aya yaxın müddətdə Qəzzada “HƏMAS” yaraqlılarına qarşı apardığı hərbi əməliyyatlar nəticəsində, rəsmi məlumatlara görə, artıq 26 mindən çox dinc sakin qətlə yetirilib ki, onlardan 10 mindən çoxu uşaq, 7 mindən çoxu isə qadındır. Həmçinin bu savaş zamanı 80(bəzi məlumatlara görə 107)jurnalist, 140-dan çox BMT əməkdaşı öldürülüb. Lakin bütün bunlara rəğmən ABŞ rəsmiləri də Qəzzada baş verənlərdə soyqırımı əlamətinin görünmədiyini bildirir. Sizcə, bu, Fələstin xalqına qarşı soyqırımı deyilsə, bəs nədir?
-Kor-kor, gör-gör… ABŞ xarici siyasəti, ümumiyyətlə, xaos yaratmaq və onu idarə etmək üzərində qurulub. XXI əsrin əvvəllərindən ta Trampın hakimiyyətdə olduğu dövrə qədər ABŞ-də prezidentlik etmiş liderlərin dövründə planetdə 12 milyondan artıq müsəlman qətlə yetirilib, amma onların qətliamı haqqında həmin Beynəlxalq Ədalət Məhkəməsi heç bir bir qərar qəbul etməyib… Biz anlamalıyıq ki, imperialist siyasətinin mahiyyəti elə budur: xaos yaradaraq bu və ya digər ölkəni diz üstündə qoymaq və yaxud özündən asılı vəziyyətə salmaq…
Fələstində baş verənlərə də bu nöqteyi-nəzərdən yanaşmalıyıq. ABŞ-yə Fələstində müharibə lazımdır ki, varlansın, odur ki, heç bir vəchlə onun rəsmiləri İsrailin Qəzzada törətdiklərini soyqırımı kimi tanımayacaqlar…
Sultan Laçın