ABŞ rus diplomatlarının qovulmasını dəstəklədi

ABŞ Çexiyanın rus diplomatları ölkədən qovması qərarını dəstəkləyir.

Millətin Səsi.Az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.

“Rusiyanın Çexiya torpaqlarında təxribatlarına cavab olaraq Praqanın qətiyyətli cavabını ABŞ dəstəkləyir”, – deyə N.Prays bildirib.

Qeyd edək ki, Çexiya 18 rus diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib. Buna cavab olaraq, Rusiya Xarici İşlər Naziriliyi də 20 çex diplomatı “arzuolunmaz şəxs” elan edib.

Share: