ABŞ səfiri Şəhidlər Xiyabanında

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger 20 yanvar faciəsinin qurbanlarının xatirəsini anıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə ABŞ-ın Bakıdakı səfirliyi Feysbuk səhifəsində məlumat yayıb.

“Bu gün 30 il bundan əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı, telefon və radio xətləri kəsildi. Azərbaycan dünyadan təcrid edildi və 26000 Sovet qoşunu Kremlin göstərişi ilə Bakıya daxil oldu. SSRİ öz varlığını qorumaq üçün bu cür tədbirlərə əl atdı və nəticədə rəsmi hesablamalara görə 800 nəfər vətəndaş yaralandı və 147 nəfər həlak oldu. Bu cür çətin vaxtda və Azərbaycanın informasiya blokadasında olan ağır günlərdə Azadlıq radiosunun mühüm işini də vurğulamaq istəyərdik. Radio Mirzə Xəzərin rəhbərlliyi ilə Bakıdan gündəlik xəbərlər yaymağa və Azərbaycan gerçəklərini dünyaya çatdırmağa nail olmuşdu. İnformasiya qıtlığının olduğu kritik günlərdə Azadlıq radiosu yeganə informasiya mənbəyi idi. Yerli yazarlardan biri Mirzə Xəzərin 20 Yanvar hadislərini işıqlandırmasını belə qiymətləndirmişdi: “Mirzə Xəzər – 20 yanvarda ölməkdə olan Azərbaycan xalqına Allahın bəxş etdiyi ilahi səsi ilə ümid verdi”, – səfirliyin məlumatında bildirilib.

 

Share: