ABŞ səfiri: Ukrayna nizamlanması son mərhələyə keçir

ABŞ səfiri: Ukrayna nizamlanması son mərhələyə keçir

Ukraynada münaqişənin nizamlanmasında nəzərəçarpacaq irəliləyiş əldə olunub və tərəflər hazırda yekun mərhələdədir.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff bildirib.

“Düşünürəm ki, biz çox irəliləyiş əldə etmişik” Uitkoff Davosda (İsveçrə) Dünya İqtisadi Forumunda iştirak edərkən jurnalistlərə bildirib.

ABŞ nümayəndəsi əlavə edib ki, danışıqlar son bir məsələyə qalıb.

Uitkoff deyib ki, o, cümə axşamı günü Moskvaya gedərək Ukrayna nizamlanmasını müzakirə edəcək.

Share: