
ABŞ-ın Kiyevdəki fövqəladə və səlahiyyətli səfiri Bridcet Brink Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin ofis rəhbəri tviter səhifəsində məlumat verib.
“ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brinklə görüşdüm. Səfirə hazırkı təhlükəsizlik vəziyyəti barədə məlumat verdim. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi sarsılmaz dəstək üçün ABŞ-a təşəkkür etdim”, – deyə Yermak yazıb.
Had a meeting with @USAmbKyiv, the ?? Ambassador to Ukraine.
Briefed the Ambassador on the current security situation. Thanked ?? for the steadfast support of ?? sovereignty and territorial integrity. pic.twitter.com/EQKpwxMH0T
— Andriy Yermak (@AndriyYermak) March 31, 2023