ABŞ ordusu Sakit Okeanda beynəlxalq sularda narkotik daşıyan üç gəmini məhv edib.
Millətin Səsi.az xəbər verir ki, ABŞ Cənub Komandanlığının bəyanatında belə deyilir.
“Kəşfiyyat gəmilərin Şərqi Sakit okeanda məlum narkotik ticarəti marşrutları ilə tranzit keçdiyini və narkotik alveri ilə məşğul olduğunu təsdiqləyib. Bu hərəkətlər zamanı ümumilikdə 8 narkoterrorçu məhv edilib”
CNN-in hesablamalarına görə, ABŞ ordusu son bir neçə ayda Latın Amerikası sahillərində narkotik izləmə ilə mübarizə adı altında 20-dən çox gəmini məhv edib. Təxminən 90 nəfər həlak olub.


