ABŞ Suriyada həbsdə olan İŞİD-çilərin sayını açıqladı

İki minə yaxın İŞİD terror təşkilatının üzvü Suriyada həbsdədir.

“RİANovosti”məlumat verir ki, bu sözləri ABŞ Administrasiyasının yüksək vəzifəli nümayəndəsi Dövlət Departamentindəki brifinqdə deyib.

Çıxışının davamında departamentin nümayəndəsi məlumat verib ki, terrorçuların Suriya ərazisində təxminən 70 min qadın və uşağı qalır.

Share: