ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyata başladı

ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyata başladı

ABŞ Silahlı Qüvvələri Suriyada İŞİD terror qruplaşmasının döyüşçülərinə qarşı antiterror əməliyyatına başlayıb. Bu addım Palmirada amerikalı hərbçilərə edilən hücuma cavab olaraq atılıb.

Millətin Səsi.az  xəbər verir ki, bunu ABŞ-ın hərbi naziri Pit Heqset deyib.

Onun sözlərinə görə, “Hawkeye Strike” (“Şahin gözü zərbəsi”) əməliyyatı İŞİD döyüşçülərinin, infrastruktur obyektlərinin və silah anbarlarının məhv edilməsinə yönəlib:

“Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır”.

O həmçinin qeyd edib ki, əməliyyat zamanı ABŞ hərbçiləri artıq bir sıra döyüşçüləri zərərsizləşdiriblər və fəaliyyətlərini davam etdirməyə niyyətlidirlər.

“Bu gün biz düşmənlərimizi izlədik və öldürdük. Davam edəcəyik”, – Pentaqon rəhbəri əlavə edib.

Share: