ABŞ: Ukrayna razılaşmasında Aİ-nin təhlükəsizliyi nəzərə alınacaq

ABŞ: Ukrayna razılaşmasında Aİ-nin təhlükəsizliyi nəzərə alınacaq

ABŞ administrasiyası Ukrayna ilə bağlı hər hansı sülh sazişi bağlayarkən Avropa İttifaqı və NATO ölkələrinin təhlükəsizlik narahatlıqlarını nəzərə alacağına söz verib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Politico” yazıb.

Nəşrə görə, ABŞ dövlət katibi Marko Rubio Aİ və NATO-dakı həmkarlarını əmin edib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı istənilən razılaşmada onların təhlükəsizlik problemləri nəzərə alınacaq. Diplomatlar qeyd ediblər ki, Avropa və Kiyev Cenevrə danışıqlarında mövqelərinin möhkəmləndiyinə inanır.

Noyabrın 23-də ukraynalı müzakirəçilər, avropalı tərəfdaşlar və ABŞ-ın İsveçrədəki nümayəndə heyəti münaqişənin həlli istiqamətində addımları müzakirə etmək üçün danışıqları yekunlaşdırıb. “Reuters” daha əvvəl adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən xəbər vermişdi ki, Vaşinqton və Kiyevin danışıqlar qrupları ABŞ-ın Ukrayna ilə bağlı son sülh planının təfərrüatlarını yekunlaşdırmaq üçün Cenevrədə görüşəcək.

Share: