“ABŞ Ukraynadakı savaş vasitəsilə Avropa Birliyini faktiki olaraq özünə tabe edib…”

“ABŞ Ukraynadakı savaş vasitəsilə Avropa Birliyini faktiki olaraq özünə tabe edib…”

“Roma papası Frensisk də yaxşı bilir və ABŞ-nin tapşırığı ilə Ukraynaya “ağ bayraq” qaldırmağı təklif edir. Elə də olacaq!..”

 

“Ukraynadakı müharibə ənənəvi ABŞ siyasətinin nəticəsidir. Tarixi boyu ABŞ analitik dairələrinin məqsədi həmişə müharibə törətmək və ölkəni bu yolla varlandırmaq olub. Ona görə ki, ABŞ-nin hərbi sənaye  kompleksləri işləməlidir”.  

 

Bu fikri Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli “Açıqlamalarınızdan birində deyirsiniz ki, Rusiya-Ukrayna savaşını ABŞ Avropa Birliyini parçalayıb özünə tabe etdirmək üçün törədib. Bunu hansı əsaslarla söyləyirsiniz?” sualını cavablandırarkən dilə gətirib.

 

 

“SSRİ dağılandan sonra Rusiya AB-nın xammal bazasına çevrilmişdi və AB yüksək templərlə inkişaf etməkdə idi. Belə getsə idi, AB ABŞ-nin geosiyasi rəqibinə çevriləcəkdi. AB və Rusiya arasında yaranan bu əməkdaşlıq, ABŞ hərbi sənaye kompleksini heçə endirmişdi. Çünki daha Avropa və Rusiya arasında düşmənçilik yox idi. Odur ki, Avropa ABŞ-dən yüksək texnologiyalı silahlar almırdı. ABŞ-nin sənaye şəhərləri  boşalmağa başlamışdı. Belə bir  faktı qeyd edək: ABŞ avtomobil və hərbi  sənayesinin mərkəzlərindən biri olan 6 milyonluq Detroitdə sənaye kompleksləri bağlandığından orada 300 minlik əhali qalmışdı. Ukraynada müharibəsi yenidən həmin şəhəri canlandırdı və oranı tərk etmiş insanları geri qaytardı. Buna səbəb öncə Krımın işğalı oldu.  Avropa ölkələri təşvişə düşdü və ABŞ-dən yenidən silah almağa başladılar. Rusiyanın Ukrayna ərazisinə birbaşa təcavüzündən sonra sanksiyalara qoşulmaqla isə hazırda Avropanın iqtisadiyyatı dağılmaqdadır. Və ABŞ Ukraynadakı savaş vasitəsilə faktiki olaraq Avropa Birliyini tamamilə özünə tabe edib. Odur ki, müharibə qurtarmalıdır. Bütün bunları Roma papası Frensisk də yaxşı bilir və ABŞ-nin tapşırığı ilə Ukraynaya “ağ bayraq” qaldırmağı təklif edir. Elə də olacaq!”, – deyə analitik vurğulayıb.  

 

S.Laçın

 

Mənbə

Share: