
“ABŞ Ukraynaya yeni HHM sistemləri, o cümlədən “Pac-3″ raketlərini tədarük edəcək”
“ABŞ-ın yardım proqramı Ukraynanın uzunmüddətli tələbatları üçün işlənib hazırlanıb. Buraya “Raytheon” və “Lockheed Martin” şirkətlərinin raket kompleksləri daxil ediləcək”
Bu cümə günü Pentaqon Ukrayna üçün, o cümlədən hava hücumundan müdafiə üçün döyüş sursatları daxil olmaqla 2 milyard dollardan artıq məbləğdə uzunmüddətli silah yardımı paketini elan edəcək.
Moderator.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.
Məlumatda deyilir ki, Ukraynanın təhlükəsizliyinə dəstək Təşəbbüsü (USAI) çərçivəsində ayrılan vəsaitlər raket buraxılışı qurğuları və “Hawk” raketləri, habelə iki müasir tip “Patriot” HHM raketlərinin alışına sərf ediləcək.
Bunlardan biri “Lockheed Martin” şirkətinin istehsalı olan “Patriot Advanced Capability Missile-3” (Pac-3) raketidir. Digəri “Raytheon Technologies” şirkətinin istehsalı olan “Guidance Enhanced Missile” (GEM-T) adlanır.
Qeyd edilir ki, “GEM-T” düşmənin taktiki ballistik raketlər, qanadlı raketlər və ya təyyarələrini “PAC-3″ raketinə əlavə olaraq daha yaxşı məhvetmə qabiliyyətinə malikdir”.
USAI təşəbbüsü Rusiyanın hərbi müdaxiləsi ilə mübarizədə Ukraynanın HHM sisteminə yardım üzrə əvvəlki səylərə əsaslanacaq.
Nəşr qeyd edir ki, ABŞ ötən ilin noyabrında elan edib ki, “Hawk” sistemlərini öz ehtiyatlarından tədarük edəcək, lakin onlar USAI hesabına təmir edilməlidir.
“Hava hücumundan müdafiə Ukrayna üçün bu yaxınlarda hava və yerüstü mənzilli qanadlı və ballistik raketlərlə şəhərlərə atəşlərdən, habelə çoxdan gözlənilən əkshücumun gedişində Rusiya təyyarələrindən qorunmaq üçün başlıca prioritetdir”, – nəşr yazıb.
Ukraynaya hərbi yardım
Bundan öncə bəlli olub ki, ABŞ Ukrayna üçün dəyəri 118 milyon dollardan çox olan “Gepard” HHM qurğuları alacaq.
Daha əvvəl ABŞ dəyəri 300 milyon dollar olan və müxtəlif döyüş sursatları daxil edilən yeni hərbi yardım paketi elan edib.
O cümlədən, bu paket çərçivəsində Ukrayna ilk dəfə olaraq dəyəri 125 min dollar olan AIM-7 “Sparrow” raketləri alacaq.
Onlar yüksəkməhsuldarlı təyyarə və raketlərə istənilən istiqamətdə hücum edə bilər.