ABŞ Ukraynaya daha 800 milyonluq hərbi yardım edəcək

Prezident Co Baydenin administrasiyası Ukraynaya təxminən 800 milyon dollarlıq əlavə hərbi yardım göstərməyə hazırlaşır.
Milletinsesi.az xəbər verir ki, bu barədə Reuters məsələ ilə bağlı üç məlumatlı mənbəyə istinadən bildirib.
Ağ Ev bunu avqustun 19-da elan edə bilər.
Agentlik eyni zamanda bildirib ki, yardımın ayrılması xəbəri gələn həftə də açıqlana bilər və o vaxta qədər silah paketlərinin qiymətindən dəyişiklik mümkündür.
Ağ Ev məlumatı şərh etməyib.

Mənbə

Share: