“Bu müzakirələr müharibənin dalana dirənməsi və Ukraynaya yardımın davam etdirilməsi inkanları fonunda başlayıb…”
“Hazırda bu müzakirələr qeyri-formaldır, lakin bir neçə ay ərzində onlar təcili xarakter daşıyacaq…”
ABŞ və Avropa İttifaqı nümayəndələri Ukrayna ilə birgə Rusiya ilə sülh danışıqlarının mümkünlüyünü müzakirə etməyə başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ məmurlarına istinadən “NBC News” nəşri məlumat verib.
Məlumatda deyilir ki, bu müzakirələr zamanı söhbət Ukraynanın razılaşmalara nail olmaq üçün nədən imtina etməli olacağından gedib.
Nəşrin məlumatına görə, belə müzakirələrdən biri ötən ay Ukraynanın müdafiəsi məsələləri üzrə “Ramştayn” Təmas qrupunun iclasında baş tutub.
Bu diskusiyalar cəbhədəki vəziyyət və Avropa və ABŞ-dakı siyasi vəziyyəti əks etdirir.
Mənbələr deyib ki, müzakirələr amerikalı və avropalı məmurlarının müharibənin dalana dirənməsi, habelə Ukraynaya yardımın davam etdirilməsi imkanları fonunda başlayıb.
ABŞ hökuməti İsrail və HƏMAS arasında münaqişə başlanandan Ukraynada müharibəyə ictimaiyyətin diqqətinin nə qədər azalmasından narahatdır.
Məmurlar belə dəyişikliyin Ukrayna üçün əlavə yardımın alınmasının çətinləşəcəyindən narahatdır.
Məmurlar həmçinin bəyan edib ki, Ukraynanın, ehtimal ki, sülh danışıqları barədə daha fəal və təcili diskusiyaların başlanmasından öncə ilin sonunadək və ya bir qədər artıq zamanı olacaq.
Eyni zamanda, iki amerikalı məmur deyib ki, Bayden administrasiyası Rusiya diktatoru Vladimir Putinin Ukrayna ilə danışıqlara hazır olmasının heç bir əlamətlərini görmür.
O, hələ də Qərb və ABŞ-ın Ukraynaya yardımının zəifləyəcəyi təqdirdə hərbi qələbəyə ümid edir.
Ukrayna Rusiya ilə danışıqlar aparırmı?
Xəbər verildiyi kimi, Ukrayna xarici işlər naziri Dmitri Kuleba bundan öncə bəyan edib ki, Ukrayna “bağlı qapılar arxasında” Rusiya ilə heç bir danışıq aparmır.
Onun sözlərinə görə, “sülh düsturu”nun əsasında Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət dayanır.
Eyni zamanda, prezident Ofisi rəhbərinin sabiq müşaviri Aleksey Arestoviç bəyan edib ki, Rusiya hakimiyyəti Ukrayna üzrə gizli danışıqlara cəhd edir. Kreml infrastruktur obyektlərinə güclü zərbələrlə şantaj edir.