
“İran Cənubi Koreyada dondurulmuş 6 milyardlıq aktivlərinə çıxış əldə edəcək…”
Vaşinqton və Tehran “beşin beşə” düsturu ilə həbsdə olanların mübadiləsi haqqında razılığa gəlib.
Moderator.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Bu saziş çərçivəsində İran həmçinin Cənubi Koreyada neft satışından əldə edilən 6 milyard dollarlıq dondurulan aktivlərinə çıxış əldə edəcək.
Onlar Qətərin Mərkəzi Bankının hesabına köçürüləcək. Ona Qətər hökuməti nəzarət edir və İranın bu vəsaitlərdən yalnız dərman və ərzaq malları kimi humanitar alış-verişə xərcləmək üçün istifadə edəcəyini izləyəcək.
Məhbusların birinin vəkilinin sözlərinə görə, danışıqlar iki ildən artıq gizlincə aparılıb.
Onun nəticələrinə görə, İran Amerikanın ikili vətəndaşlığı olan beş vətəndaşını həbsdə olan bir neçə vətəndaşına əvəz olaraq azad edib.
İlk addım olaraq İran hakimiyyəti avqustun 10-da ABŞ-ın Siamak Namazi, Morad Tahbaz, Emad Şərqi və daha bir adı açıqlanmayan dörd vətəndaşını həbsxanadan ev dustaqlığına köçürüb.
Daha bir amerikalı qadın bundan öncə ev dustaqlığına köçürülüb.
Əsirlikdə olan amerikalıların vətənə dönməsi bir neçə həftə çəkə bilər. Onlar evlərinə dönən kimi ABŞ hakimiyyəti sanksiyalar rejiminin pozulmasına görə cəza çəkən bir neçə iranlını azad edəcək.