ABŞ və İsrail Yaxın Şərqdə zorakılıqların artmasına səbəb olur- Nebenzya

ABŞ və İsrail Yaxın Şərqdə zorakılıqların artmasına səbəb olur- Nebenzya

ABŞ-İsrail İrana qarşı əməliyyatı Yaxın Şərqdə zorakılıqların artmasına səbəb olub.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Serbiyanın “Politika” qəzetinə müsahibəsində deyib:

“Reallıq budur ki, ABŞ-İsrailin İrana təcavüzü nəticəsində ölənlərin sayı yüzlərlədir və mühüm mülki infrastruktur obyektləri bərpa olunmaz ziyana məruz qalır. Əslində Vaşinqton və Təl-Əviv Yaxın Şərqdə misli görünməmiş zorakılıq artımına səbəb olub”.

Qeyd edək ki, Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb.İranın iri şəhərləri, o cümlədən Tehrana zərbələr endirilib. Ağ Ev hücumu İrandan gələn raket və nüvə təhlükələri ilə əsaslandırıb. İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektləri hədəf alan cavab əməliyyatı elan edib. ABŞ-ın Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki hərbi bazaları da vurulub. ABŞ-İsrailin birgə hücumu nəticəsində Ali Rəhbər Ayətullah Əli Xamenei və bəzi digər İran liderləri öldürülüb.

Share: