
“Rusiya öz ərazisində inspeksiya fəaliyyətinə dəstək göstərilməsi üzrə öhdəliklərini icra etmir…”
“Bu, yalandır, ABŞ inspeksiyalar üzrə öz səlahiyyətlərini birtərəfli qaydada həyata keçirməyə cəhd edir…”
“Rusiya 5977 ədəd nüvə döyüş başlığına malikdir, onların 1588 ədədi döyüş növbəsindədir; ABŞ üçün bu rəqəmlər 5550 və 3800 təşkil edir…”
ABŞ hesab edir ki, Rusiya Federasiyası strateji nüvə silahları üzərində nəzarət barəsində sazişin (SHSM-Strateji Hücum Silahları barədə Müqavilə-red.) həlledici bəndini icra etmir.
Moderator.az xəbər verir ki, bu barədə CNN nəşri məlumat yayıb.
“Rusiya SHS barədə yeni müqavilənin öz ərazisində inspeksiya fəaliyyətinə dəstək göstərilməsi ilə bağlı öz öhdəliklərini icra etmir. Rusiya Federasiyasının belə dəstəkdən imtina etməsi Birləşmiş Ştatlara müqavilə üzrə mühüm hüquqları gerçəkləşdirməyə imkan vermir və Amerika-Rusiya arasında SHSM həyati qabiliyyətinə təhlükə törədir”, – Dövlət Departamentinin rəsmi nümayəndəsinin məlumatında deyilir.
Göstərilən sazişə uyğun olaraq, Vaşinqton və Moskva bir-birinin silah obyektlərinin inspeksiyasını apara bilər. Koronavirus pandemiyası səbəbindən bunu 2020-ci ildən tərəflər etməyib.
Dövlət Departamenti əlavə edib ki, “Rusiya həmçinin yeni SHS Müqaviləsinin müəyyən edilmiş müddətlərə uyğun olaraq İkitərəfli konsultativ komissiyanın sessiyasının çağırılmasına aid olan öhdəlikləri də icra etməyib”.
Adıçəkilən görüş noyabrın sonunda Misirdə baş tutmalı olub, lakin qəflətən təxirə salınıb. ABŞ Rusiyanı, Ağ evin fikrincə, “birtərəfli qaydada” hərəkət etməkdə ittiham edib.
Dövlət Departamenti hesab edir ki, Moskva göstərilən razılaşmalara hələ qayıda bilər.
“Rusiyanın müqaviləyə tam əməl etməsinə dönməsi üçün hələ imkanı var. Rusiya Federasiyasının etməli olduğu uzun illər ərzində SHS barədə yeni müqavilə çərçivəsində öz ərazisində inspeksiya fəaliyyətinə icazə verməsi, habelə İkitətəfli konsultativ komissiyanın keçirilməsidir. Heç kim rusiyalı inspektorlara ABŞ-a gəlib yoxlamalar aparmağa mane olmur”, – Ağ evin nümayəndəsi jurnalistlərə bəyan edib.
Rusiya Dövlət Departamentinin ittihamlarına Federasiya Şirasının vitse-spikeri Konstantin Kosaçevin vasitəsilə şərh edib. O, hesab edir ki, Ağ evin bəyanatı, yumşaq desək, “ədalətsizdir, hər şeyi öz adı ilə çağırsaq, yalandır”. Senator öz mövqeyini belə izah edib:
“SHSM üzrə öhdəlikləri ilk pozan amerikalılar olub, onlar elə şərait yaratmağa cəhd edib ki, bu zaman onlar inspeksiyalar üzrə öz səlahiyyətlərini birtərəfli qaydada həyata keçirsin, Rusiya üçün isə belə hüquqlar məhdud olsun. Yəni onlar SHSM-nin müddəalarını öz xeyrinə,, balanslaşdırılmayan səviyyədə gerçəkləşdirməyə cəhd edir. Aydındır ki, Rusiya üçün bu, qəbuledilməzdir, çünki bu müqavilədə yazılan inspeksiyalar mexanizmi tamamilə balanslaşdırılıb və yalnız tərəflərin tələbatları qarşılıqlı surətdə nəzərə alınmaqla gerçəkləşə bilər”.
Kosaçev həmçinin bəyan edib ki, Amerika tərəfinin iradlarında “Rusiya-Amerika münasibətlərində baş vetənlərin fonunda tənqidi heç nə görmür”.
“Mən ABŞ-ın Rusiya ilə və bundan önvə Sovet İttifaqı ilə silahlara nəzarət üzrə bütün digər razılaşmalarından çıxması süjetlərini daha tənqidi adlandırardım. Bəli, həqiqətən, SHSM, xoşbəxtlikdən, hələlik saxlanılır. Lakin onun nə zamansa pozulması baş verərsə, bu, tam dəqiq Rusiyanın təşəbbüsü və günahı ucbatından olmayacaq. Biz bunun üçün tam dəqiq heç nə etmirik, biz onun təkcə ABŞ üçün deyil, hər iki tərəf üçün məqbul olan şərtlərlə saxlanılması və inkişafı üçün səylərimizi davam etdiririk”, – rusiyalı senator hesab edir.
Strateji Hücum Silahları üzrə Müqavilə həm ABŞ, həm də Rusiyanın malik ola biləcəyi qitələrarası nüvə raketlərinin miqdarına məhdudiyyətlər qoyur.
Silahlara nəzarət üzrə Mərkəzin məlumatlarına görə, Rusiyanın təxminən 5977 nüvə döyüş başlığı var, onların 1588 ədədi döyüş növbəsindədir. ABŞ 5550 nüvə döyüş başlığına malikdir, onların 3800 ədədi döyüş hazırlığı rejimindədir.