“Ermənistan Rusiya və ABŞ şirkətlərinin yeni atom elektrik blokunun tikintisi ilə bağlı təkliflərini öyrənir”.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistandakı AES-in baş direktoru Eduard Martirosyan bildirib.
O qeyd edib ki, Nazirlər Kabineti tərəfindən yaradılmış xüsusi komissiya müxtəlif ölkələrin, xüsusən də Rusiya Federasiyası, ABŞ, Fransa və Koreyanın təcrübəsini nəzərdən keçirir.
“Ən yaxşı seçim etmək üçün onlarla paralel iş aparılır. Əsas seçim meyarları, xüsusən, müasirlik və iqtisadi məqsədəuyğunluq, Ermənistanın imkanlarına uyğunluq olacaq. Hələlik konkret həllər yoxdur”, – direktor əlavə edib.