ABŞ vətəndaşlarına çağırış etdi: İranı tərk edin!

ABŞ vətəndaşlarına çağırış etdi: İranı tərk edin!

ABŞ vətəndaşları internet kəsintilərinin davam edəcəyini nəzərə almalı, alternativ əlaqə vasitələrini planlaşdırmalı və təhlükəsiz olduğu halda, İranı quru yolu ilə Ermənistan və ya Türkiyə istiqamətində tərk etməyi nəzərdən keçirməlidirlər.

Millətin Səsi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.

“İran üzrə etiraz aksiyaları genişlənərək davam edir. Təhlükəsizlik tədbirləri gücləndirilib, yollar bağlanır, ictimai nəqliyyatın fəaliyyəti pozulub və internetə çıxış məhdudlaşdırılıb.

Aviaşirkətlər İrana və İrandan olan reysləri məhdudlaşdırmağa və ya ləğv etməyə davam edir. Bir neçəsi xidmətini cümə günü, 16 yanvar tarixinədək dayandırıb”, – bəyanatda bildirilib.

Share: