ABŞ yeni lazer silahı istehsal edəcək

ABŞ ordusu dronları, helikopterləri, sabit qanadlı təyyarələri və düşmən raketlərini 50 kilovattlıq “lazer atışı” ilə məhv etmək üçün lazer silahı hazırlamağı planlaşdırır.

Milletinsesi.az ordu.az-a istinadən xəbər verir ki, “Stryker” zirehli texnikasına yerləşdiriləcək lazer silahı 2022-ci ilə qədər istismara verilə bilər.

Məlumata görə, “Northrop Grumman” və “Raytheon” şirkətləri ilə silahın hazırlanması üçün danışıqlara başlanılıb.

Share: